• 19 Aprel 2024
logo
“Atletiko” evdə, “Barselona” səfərdə qələbə qazanıb

“Atletiko” evdə, “Barselona” səfərdə qələbə qazanıb

İspaniya La Liqasında XX tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, tur çərçivəsində 4 matç baş tutub.

Çempionatın lideri “Atletiko” öz meydanında “Valensiya”ya qalib gəlib. Hər hissədə bir qol vuran “Barselona” “Elçe” üzərində səfər qələbəsi qazanıb.

“Osasuna” “Qranada”nı üç qolla məğlubiyyətə uğradıb. “Selta” “Eybar”la heç-heçə oynayıb.

Qeyd edək ki, tura yanvarın 25-də yekun vurulacaq.

İspaniya La Liqası
XX tur
24 yanvar
“Osasuna” – “Qranada” – 3:1
Budimir, 17, 39, Monsayola, 86 – Suares, 50
“Elçe” – “Barselona” – 0:2
De Yonq, 39, Puç, 89
“Selta” – “Eybar” – 1:1
Mendes, 9 – Xil, 53
“Atletiko” – “Valensiya” – 3:1
Feliks, 23, Suares, 54, Korrea, 72 – Raçiç, 11