• 25 Aprel 2024
logo
"Keşlə" "Sumqayıt"a uduzub

"Keşlə" "Sumqayıt"a uduzub

Azərbaycan Premyer Liqasında XIV tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, II dövrənin son matçı Bakıdakı “ASK Arena”da keçirilib.

“Keşlə” öz meydanında “Sumqayıt”ı qəbul edib. Qonaqlar oyuna erkən qolla başlayıb. Tellur Mütəllimov 3-cü dəqiqədə hesabı açıb.
Bu qol Ayxan Abbasovun yetirmələrinə qalib gəlmək üçün kifayət edib. Artıq ilk yarıda azlıqda qalan paytaxt təmsilçisi məğlubiyyətdən qaçmağa çalışsa da, səyləri fayda verməyib.

Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Səbail”i 3:1, “Qarabağ” “Sabah”ı 2:1, “Zirə” “Qəbələ”ni 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Azərbaycan Premyer Liqası
XIV tur
22 yanvar (cümə)

16:00. "Keşlə" - "Sumqayıt" - 0:1
Qol: Tellur Mütəllimov, 3
Qırmızı vərəqə: Elçin Mustafayev, 38
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Kamranbəy Rəhimov
“Keşlə”: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 25. Con Kamara, 21. Miyusko Boyoviç, 10. Sezar Meza Kolli, 91. Sadio Tounkara, 9. Anatole Abanq, 22. Elçin Mustafayev
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 8. Tural Axundov, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 11. Silvio Rodriqes, 99. Rafael Məhərrəmli, 14. Turan Vəlizadə, 97. Xəzər Mahmudov
Baş məşqçi: Yunis Hüseynov
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 6. Vüqar Mustafayev, 7. Tellur Mütəllimov, 22. Cavid İmamverdiyev, 78. Dmitro Nağıyev, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 11. Mehdi Şərifi, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə, 37. Nicat Əliyev
Baş məşqçi: Ayxan Abbasov