• 5 Mart 2021
logo
Polina Rəhimova Azərbaycan millisindən getməsinin səbəbini açıqlayıb

Polina Rəhimova Azərbaycan millisindən getməsinin səbəbini açıqlayıb

“Milli komandada keçirdiyim 13 illə bağlı həqiqətən də çox yaxşı xatirələrim var”.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova deyib.

Dünya səviyyəli ulduzlar sırasına adını yazdıran milliləşən legioner yığmadan gedişinin səbəbini açıqlayıb: “İndi mən yığmadakı beynəlxalq karyeramı bitirirəm. Çünki mən Braziliyada çıxış edirəm. Dünyanın bir başından digərinə getmək, qısa müddətdə fərqli qurşağa və komandaya uyğunlaşmaq üçün çox güc sərf etməliyəm. Azərbaycan yığmasında keçirdiyim vaxtla bağlı xatirələr mənimlə əbədi qalacaq”.
Qeyd edək ki, Polina Braziliyanın “Sesi Bauru” klubunun şərəfini qoruyur.