• 25 Aprel 2024
logo
“Yuventus” “İnter”ə uduzub

“Yuventus” “İnter”ə uduzub

İtaliya A seriyasında XVIII tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün daha 5 oyun keçirilib.

İlk “dördlük”də özünə yer etməyə çalışan “Napoli” öz meydanında “Fiorentina”nı meydana çıxmağına peşman edib. Nepol təmsilçisi rəqib qapısından 6 cavabsız top keçirib.

Təhlükəli zonadan uzaqlaşmağa çalışan “Cenoa”nı sınağa çəkən “Atalanta” rəqibin müqavimətini qıra bilməyib.

Turun mərkəzi oyunu “Milan”da baş tutub. Çempionluğu hədəfləyən iki komanda – “İnter”lə “Yuventus” üz-üzə gəlib. Buna qədər “neradzurra” A seriyasının son iki oyununda qələbə qazanmamışdısa, “qoca sinyora” ardıcıl 3 matçlıq qalibiyyət seriyasının davamı üçün meydana çıxıb.

“Cüzeppe Meatsa”da turinlilərə heç bir şans verməyən “İnter” son çempionla aradakı xal fərqini 7-yə yüksəldib.

Qeyd edək ki, tura yanvarın 18-də keçiriləcək “Kalyari” – “Milan” (23:45) oyunu ilə yekun vurulacaq.

İtaliya A seriyası
XVIII tur
17 yanvar
“Napoli” – “Fiorentina” – 6:0
İnsinye, 5, 72 (pen.), Demme, 36, Lozano, 38, Zielinski, 45, Politano, 89
“Krotone” – “Benevento” – 4:1
Qlik, 5 (avtoqol), Simi, 29, 54, Vuliç, 65 – Falke, 82
“Sassuolo” – “Parma” – 1:1
Dyuriçiç, 90+5 – Kuçka, 37
“Atalanta” – “Cenoa” – 0:0
“İnter” – “Yuventus” – 2:0
Vidal, 12, Barella, 52