• 19 Mart 2024
logo
Türkiyə kubokunda növbəti mərhələlərin püşkü atılıb

Türkiyə kubokunda növbəti mərhələlərin püşkü atılıb

Türkiyə kubokunda 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.

Apasport.az saytının məlumatına görə, mükafat uğrunda mübarizəni davam etdirən 8 klubun növbəti rəqibləri bəlli olub.

“Qalatasaray” “Alanyaspor”la, “Sivasspor” “Antalyaspor”la üz-üzə gələcək. “Beşiktaş” “Konyaspor”un qonağı olacaqsa, “Fənərbaxça” “Başakşəhər”i sınağa çəkəcək.

Qeyd edək ki, 1/4 final mərhələsi fevralın 9-11-də, yarımfinal martın 16-18-də keçiriləcək.

Türkiyə kuboku
1/4 final
“Sivasspor” – “Antalyaspor”
“Qalatasaray” – “Alanyaspor”
“Konyaspor” – “Beşiktaş”
“Fənərbaxça” – “Başakşəhər”
Yarımfinal
“Sivasspor”/“Antalyaspor” cütünün qalibi - “Qalatasaray”/“Alanyaspor” cütünün qalibi
“Konyaspor”/“Beşiktaş” cütünün qalibi - “Fənərbaxça”/“Başakşəhər” cütünün qalibi