• 19 Mart 2024
logo
“Barselona” 23 ildən sonra penaltilər seriyasında iştirak edib

“Barselona” 23 ildən sonra penaltilər seriyasında iştirak edib

İspaniyanın “Barselona” klubu 23 ildən sonra penaltilər seriyasında iştirak edib.

Apasport.az saytının məlumatına görə, bu, Superkubokun yarımfinalına təsadüf edib.

“Real Sosyedad” qarşılaşma 1:1 hesabı ilə başa çatdığından qalib “lotereya”da müəyyənləşib. Barselonanın eyniadlı təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.

Kataloniyalılar sonuncu dəfə penalti seriyasında 1998-ci ilin aprelində qüvvəsini sınayıb. Ölkə kubokunun finalında “Malyorka” üzərində qələbə əldə olunub – 1:1, pen.5:4. Maraqlıdır ki, “Real Sosyedad”la görüşdə həlledici penaltinin müəllifi olan 21 yaşlı Rikard Puç həmin vaxt dünyaya gəlməmişdi.