• 18 Aprel 2024
logo
“Qalatasaray” prezidenti: “UEFA-da yer yerindən oynadı”

“Qalatasaray” prezidenti: “UEFA-da yer yerindən oynadı”

“Qalatasaray”ı təhvil alanda klubun 157 milyon avro borcu və transfer qadağası var idi. Ancaq bunları həll etdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Qalatasaray”ın prezidenti Mustafa Cengiz bu gün keçirilən mətbuat konfransında deyib.

“Cim-bom”un baş məşqçisi Fatih Terimlə görüşdükdən sonra media nümayəndələrinin önünə çıxan klub rəhbəri onlara qarşı sosial şəbəkələrdə haqsızlıqlar edildiyini söyləyib: “Bir neçə gündür bəzi qüvvələr böyük xaos yaratmağa çalışırlar. Onları yanlış yönləndirənlər var. Keçmişi bilməyən gələcəyi idarə edə bilməz”.

Cengiz UEFA-nın kluba kəsdiyi transfer qadağası cəzasını ləğv etdirdikləri dönəmdən də bəhs edib: “UEFA-nı ciddi qəbul etmirlər. Halbuki biz o vaxt onlara dörd gün ərzində 67 səhifəlik raport təqdim etdik. Qitə futbol qurumu tarixində ilk dəfə bir klubla ikinci dəfə maliyyə feyr-pley razılaşmasına getdi. UEFA-da yer yerindən oynadı”.