• 25 Aprel 2024
logo
Akrobatlarımız beynəlxalq turnirdə 3 medal qazandı

Akrobatlarımız beynəlxalq turnirdə 3 medal qazandı

Rusiyanın Sankt-Peterburq şəhərində akrobatika gimnastikası üzrə beynəlxalq turnir yekunlaşıb.
Trend-in məlumatına görə, Azərbaycan gimnastları turniri 3 medalla başa vurublar. Belə ki, beynəlxalq arenada ilk addımlarını atan qarışıq cütlüyümüz Samirə Rüstəmova və Rauf Cabbarovun (11-16 yaş kateqoriyasında) çıxışları 80.800 xalla dəyərləndirilib və bununla da onlar gümüş medal qazanıblar.
13-19 yaş kateqoriyasında mübarizə aparan kişi cütlüyümüz Murad Rəfiyev və Daniel Abbasov da komanda yoldaşlarından geri qalmayaraq, uğurlu çıxışları ilə gümüş medala (83.360 xal) layiq görülüblər.