• 25 Aprel 2024
logo
Avropa çempionumuzun ilk rəqibi dəqiqləşib

Avropa çempionumuzun ilk rəqibi dəqiqləşib

Yekaterinburqda keçirilən dünya çempionatında Azərbaycan millisinin boksçusunun ilk rəqibi dəqiqləşib.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 81 kq çəki dərəcəsində mübarizə aparacaq Dominqes Alfonso 1/16 finalda Qazimaqomed Calidovla (İspaniya) üz-üzə gələcək.
Avropa çempionumuzun rəqibi 1/32 final döyüşündə müəyyənləşib. Aleksandar Markoviçə (Serbiya) ilk raundda qalib gələn ispaniyalı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.
Alfonsonun Calidovla görüşü sentyabrın 15-də olacaq.