• 26 Aprel 2024
logo
Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan boksçusu dünya çempionatına qələbə ilə başlayıb

Rusiyanın Yekaterinburq şəhərində kişi boksçular arasında dünya çempionatına start verilib. İlk yarış günündə Azərbaycan milli komandasının bir üzvü rinqə çıxıb.
Trend-in məlumatına görə, mundialda debüt edən Amin Kuşkov mübarizəyə 1/32 final mərhələsindən başlayıb. Təmsilçimiz türkmənistanlı Nursahat Pazziyevlə qarşılaşıb. Döyüş A. Kuşkovun 4:1 (30:26, 30:27, 28:29, 30:27, 30:27) hesablı qələbəsi ilə yekunlaşıb.
O, növbəti mərhələdə ilk qarşılaşmadan azad olan rusiyalı Qleb Bakşi ilə döyüşəcək. Görüş sentyabrın 14-də baş tutacaq.
Qeyd edək ki, milli üzvlərindən sabah rinqə çıxan olmayacaq. Yarışın üçüncü günündə isə Tayfur Əliyev (57 kq) Tiaqo Puqno (İsveçrə) ilə qüvvəsini sınayacaq.