• 15 Avqust 2022
logo
İngiltərə Premyer Liqasında ilin futbolçusu bəlli olub

İngiltərə Premyer Liqasında ilin futbolçusu bəlli olub

İngiltərə Premyer Liqasında ilin futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, azarkeşlər arasında aparılan səsvermənin nəticələrinə əsasən Məhəmməd Salah 2020-ci ilin oyunçusu seçilib.

“Liverpul”un misirli hücumçusu digər namizədləri arxada qoyub. 2-ci yeri Cek Qriliş (“Aston Villa”), 3-cü pilləni Markus Reşford (“Mançester Yunayted”) tutub. Kevin de Breyne (“Mançester Siti”) və Cordan Henderson (“Liverpul”) ilk “beşlik”də qərarlaşıb.

Qeyd edək ki, ümumilikdə 15 futbolçu səs toplaya bilib.