• 14 Avqust 2022
logo
Güləşçimiz fərdi dünya kuboku yarışlarında bürünc medal uğrunda mübarizə aparacaq

Güləşçimiz fərdi dünya kuboku yarışlarında bürünc medal uğrunda mübarizə aparacaq

Azərbaycan güləşçisi Beka Kandelaki Serbiyada təşkil olunan güləş üzrə fərdi dünya kuboku yarışlarında bürünc medal uğrunda mübarizə aparacaq.

Trend-in Azərbaycan Güləş Federasiyasına istinadən verdiyi məlumata görə, 130 kiloqram çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz debütdə son Avropa çempionu olan Rumıniya idmançısı üzərində əzmkar qələbə qazanıb. Dörddəbir finalda Almaniya təmsilçisinə cəmi 1 dəqiqə 14 saniyə ərzində "tuşe" ilə qalib gələn millimizin üzvü yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında Türkiyə idmançısı ilə bacarmayan B.Kandelaki dekabrın 14-də bürünc medal üçün xalça üzərinə çıxacaq.

Digər güləşçimiz Taleh Məmmədov (63 kq) ilk görüşdə Ukrayna güləşçisinə rahat qalib gəlib. Ancaq növbəti mərhələdə rusiyalı idmançı keçilməz olub. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz dekabrın 14-də təsəlliverici görüşə çıxacaq.
Bu çəki dərəcələrində medal qarşılaşmaları dekabrın 14-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə millimiz fərdi dünya kuboku yarışlarında 1 gümüş və 1 bürünc medal qazanıb