• 12 Avqust 2022
logo
Lionel Messi “Barselona”ya qələbə qazandırıb

Lionel Messi “Barselona”ya qələbə qazandırıb

İspaniya La Liqasında XIII tur davam edir.

Apasport.az saytının məlumatına görə, üçüncü oyun günündə 4 qarşılaşma baş tutub.

“Real Sosyedad” “Eybar”la ev oyununda xal itirsə də, “Atletiko”ya çatıb. “Betis”in qonağı olan “Vilyarreal” da bir xalla kifayətlənib.

“Barselona” “Levante” üzərində minimal hesabla qələbəni Lionel Messinin qolu ilə qazanıb. “Qranada” eyni hesabla “Elçe”ni üstələyib.

Qeyd edək ki, tura dekabrın 14-də yekun vurulacaq.

İspaniya La Liqası
XIII tur
13 dekabr
“Real Sosyedad” – “Eybar” – 1:1
Barrenetçia, 20 – Enrix, 65
“Betis” – “Vilyarreal” – 1:1
Ruybal, 51 – Torres, 5
“Elçe” – “Qranada” – 0:1
Suares, 42
“Barselona” – “Levante” – 1:0
Messi, 76