• 26 Aprel 2024
logo
Azərbaycan millisi Rumıniyanı məğlub edib

Azərbaycan millisi Rumıniyanı məğlub edib

Çimərlik futbolu üzrə Azərbaycan millisi Portuqaliyanın Figueira şəhərində təşkil olunan Avropa Super Finalında (European Beach Soccer League) növbəti oyununu keçirib.
Trend-in məlumatına görə, Rumıniya yığması ilə qarşılaşan komanda 2:1 hesabı ilə qələbə qazanıb. Yığmanın qollarını Sabir Allahquliyev və Amid Nəzərov vurub.
Azərbaycan millisi sabah Çexiya ilə qarşılaşacaq.