• 9 Avqust 2022
logo
Çempionlar Liqasında 1/8 final mərhələsinin bütün iştirakçıları dəqiqləşib

Çempionlar Liqasında 1/8 final mərhələsinin bütün iştirakçıları dəqiqləşib

Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub.

Apasport.az saytının məlumatına görə, mərhələnin son günündə VI tuşun 9 oyunu keçirilib.

Bir gün öncə yarımçıq qalan PSJ – “Başakşəhər” matçında böyükhesablı nəticə qeydə alınıb. Turnir cədvəli baxımından əhəmiyyətsiz qarşılaşmada fransalılar 5:1 hesablı ev qələbəsinə sevinib.
D qrupunun qalibi olan “Liverpul” özü üçün formal xarakterli görüşdə “Midtülland”la heç-heçə oynayıb. “Ayaks” üzərində 1:0 hesablı qələbə qazanan “Atalanta” 1/8 finala yüksəlib. Niderlandlılar isə yoluna Avropa Liqasında davam edəcək.

Ötən mövsümün qalibi “Bavariya” A qrupunda növbəti qələbəsini “Lokomotiv” üzərində qazanıb. “Atletiko” səfərdə “Zalsburq”u məğlub etməklə qrup ikincisi olub. Avropa Liqasına vəsiqəni avstriyalılar qazanıb.

B qrupunda “Real” Monhenqladbax “Borussiya”sı üzərində qələbə ilə 1-ci yeri tutub. “İnter”lə “Şaxtyor”un heç-heçə etməsi Almaniya təmsilçisini də 1/8 finala daşıyıb. Ukrayna klubu isə Avropa Liqasında oynayacaq.

C qrupunda liderlər turu qələbə ilə başa vurub. “Mançester Siti” “Marsel”ə, “Porto” “Olimpiakos”a qalib gəlib. Sonuncular 3-cü yerin sahibi kimi Avropa Liqasında oynamalı olacaq.

Qeyd edək ki, daha öncə “Bavariya”, “Mançester Siti”, “Porto”, “Liverpul”, “Çelsi”, “Sevilya”, “Borussiya” D, “Barselona”, “Yuventus”, “Leypsiq”, PSJ və “Latsio” 1/8 finala, “Krasnodar”, “Mançester Yunayted”, “Brügge” və “Dinamo” K Avropa Liqasının 1/16 finalına vəsiqə qazanıb.

Çempionlar Liqası
Qrup mərhələsi
VI tur

9 dekabr
H qrupu
21:55. PSJ (Fransa) - “Başakşəhər” (Türkiyə) - 5:1
Neymar, 21, 38, 50, Mbappe, 42 (pen.), 62 - Topal, 57