• 9 Avqust 2022
logo
Ronaldo səfərdə ən çox qolu “Nou Kamp” stadionunda vurub

Ronaldo səfərdə ən çox qolu “Nou Kamp” stadionunda vurub

İspaniyanın Barselona şəhərindəki “Nou Kamp” stadionu Kriştiano Ronaldo üçün ən uğurlu rəqib meydanına çevrilib.

Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin və İtaliya “Yuventus”unun hücumçusu ən çox səfər qoluna bu stadionda imza atıb.

Ronaldo 14 dəfə “Nou Kamp”da qol sevinci yaşayıb. O, Çempionlar Liqasının VI turunun “Barselona” ilə matçında vurduğu 2 qolla “Yuventus”un 3:0 hesablı qələbəsində pay sahibi olub.