• 14 Noyabr 2019
logo
add image
Donald Gerye rəsmən "Neftçi"də

Donald Gerye rəsmən "Neftçi"də

Donald Geryenin “Neftçi”yə keçidi rəsmiləşib.
Trend-in məlumatına görə haitili yarımmüdafiəçi ilə 1+1 il müddətinə müqavilə bağlanılıb. 30 yaşlı futbolçu “Neftçi”də 77 nömrəli formanı geyinəcək.
Sonuncu klubu "Qarabağ” (2017-2019) olan Gerye Haitinin "Violett” (2009-2011), "Amerika de Ke” (2011-2013), Polşanın "Visla” Krakov (2013-2016) və Türkiyənin "Alanyaspor” (2016-2017) komandalarında çıxış edib. Azərbaycan çempionatının qalibi (2018, 2019) olmuş futbolçu Haiti milli komandasının heyətində 44 oyun keçirib, 11 qola imza atıb.