• 18 Avqust 2022
logo
Onlayn batut yarışlarından 3 medal

Onlayn batut yarışlarından 3 medal

19-23 noyabr tarixlərində Niderlandda təşkil edilmiş batut gimnastikası üzrə onlayn "Dutch Trampoline Open" yarışlarının nəticələri bəlli olub.

Trend-in Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən məlumatına görə, yarışda ən yaxşı nəticəni 13-14 yaşlı gimnastlar arasında iştirak etmiş Maqsud Mahsudov göstərib. Fərdi batut yarışlarında o, bütün rəqiblərini geridə qoyaraq, 95.060 xalla 1-ci yerə layiq görülüb. Maqsudla eyni yaş qrupunda çıxış etmiş Hüseyn Abbasov isə 94.450 xalla ikinci olub.
Böyüklər arasında ölkəmizi Selcan Mahsudova təmsil edib. İcra etdiyi proqrama görə 101.450 xal alan Selcan yarışda ikinci yeri tutub. 1 və 3-cü yerlərə isə Almaniyadan olan gimnastlar yiyələnib.