• 26 Aprel 2024
logo
Tomas Müller Çempionlar Liqasının 10 ən yaxşı bombardiri siyahısına daxil olub

Tomas Müller Çempionlar Liqasının 10 ən yaxşı bombardiri siyahısına daxil olub

Almaniyanın “Bavariya” klubunun futbolçusu Tomas Müller Çempionlar Liqasının 10 ən yaxşı bombardiri siyahısına daxil olub.

Apasport.az saytının məlumatına görə, təcrübəli yarımmüdafiəçi qrup mərhələsinin V turunun “Atletiko” ilə matçında (1:1) turnirdəki 47-ci qolunu vurub.

Turnirin tarixində 10-cu sıraya yüksələn Müller Filippo İnzaqini arxada qoyub. Almaniyalının 8-ci sıraya şərik olan Zlatan İbrahimoviçlə Andrey Şevçenkoya çatması üçün daha bir qol vurması lazımdır.

Qeyd edək ki, turnirin ən yaxşı bombardiri Kriştiano Ronaldonun hesabında 131 qol var.