• 20 Aprel 2024
logo
Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 5 pillə irəliləyib

Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 5 pillə irəliləyib

FIFA futbol üzrə milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Trend AFFA-ya istinadla xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası beş pillə irəliləyib. Millimiz 1180 xalla 109-cu pillədə qərarlaşıb. İrəliləyişə səbəb yığmamızın yoldaşlıq görüşündə Sloveniya, UEFA Millətlər Liqasının sonuncu matçlarında isə Monteneqro və Lüksemburqla qolsuz heç-heçə etməsidir.

Learn more
Reytinq cədvəlinə 1780 xalla Belçika millisi başçılıq edir. Fransa (1755) ikinci, Braziliya (1743) isə üçüncü pillədə yer alıb.