• 24 Aprel 2024
logo
Azərbaycan boksçularının Avropa çempionatında ilk rəqibləri bəlli olub

Azərbaycan boksçularının Avropa çempionatında ilk rəqibləri bəlli olub

Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb. Mərasimdə Azərbaycan boksçularının da ilk rəqibləri bəlli olub.
Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, milli üzvlərindən beşi mübarizəyə 1/16 finaldan qoşulacaqsa, digər beşinin debütü 1/8 finala təsadüf edəcək.
Bu gün start götürəcək birinciliyin ilk günündə 4 boksçumuz rinqə çıxacaq.
Qeyd edək ki, təsnifat mərhələsinin döyüşləri sentyabrın 4-8-də, yarımfinal görüşləri ayın 9-da keçiriləcək. Çempionatın qaliblərinin adları isə sentyabrın 10-da bilinəcək.
4 sentyabr
1/16 final
Maqsud Xasmetov (52 kq) – Samet Gümüş (Türkiyə)
Eldar Babayev (60 kq) – Killian Karti (İrlandiya)
Rəşid Həsənov (64 kq) – Simon Vollmer (Almaniya)
Səlim Səlimov (69 kq) – Qaran Qroft (Uels)
5 sentyabr
1/16
İqor Platov (75 kq) – Valeri Razmerita (Moldova)
1/8 final
Ruslan Qədirov (49 kq) – Uiliam Hevitt (İngiltərə)
Murad Allahverdiyev (81 kq) – Stoil Stanoyev (Belarus)
Fuad Cəfərov (+91 kq) – Viçenzo Fiasçetti (İtaliya)
6 sentyabr
1/8 final
Əzrək Bəbirov (56 kq) – Bill Unsvort (Uels)/Selim Bouayta (Fransa)
Əsəd Baxşıyev (91 kq) – Jumka Jaiani (Gürcüstan)