• 26 Aprel 2024
logo
İspaniya Almaniyanı darmadağın edib, Fransa və Portuqaliya qələbə qazanıb

İspaniya Almaniyanı darmadağın edib, Fransa və Portuqaliya qələbə qazanıb

Millətlər Liqasında qrup mərhələsinin VI turu start götürüb.

Apasport.az saytının məlumatına görə, turun ilk günündə 5 qrupda 8 oyun keçirilib.

A liqasının 3-cü qrupunda qalib adını öncədən təmin edən Fransa İsveçə qalib gəlib. Bu məğlubiyyət skandinaviyalıları B liqasına yuvarlayıb. Xorvatiya isə Portuqaliya ilə matçda xalsız qalıb.

4-cü qrupda Almaniyanı darmadağın edən İspaniya final mərhələsinə yüksəlib. A liqasında qalacaq komandanı müəyyənləşdirəcək İsveçrə - Ukrayna görüşü koronavirus pandemiyası üzündən ləğv edilib. Matçın və B liqasına düşəcək komandanın taleyinə UEFA aydınlıq gətirəcək.

C liqasının 1-ci qrupunda qalib adını Monteneqro qazanıb. Kipri məğlub edən balkanlılar B liqasına yüksəlib. Ada təmsilçisi isə D liqasına düşməmək uğrunda pley-offda qüvvəsini sınayacaq. Bu qrupda mübarizə aparan Azərbaycan millisi Lüksemburqla heç-heçə edib.

C liqasına yüksələn iki komandanın adı da bəlli olub. D liqasının 1-ci qrupunda Farer adaları Malta ilə heç-heçə edərək bu vəsiqələrdən birinə sahib olub. Qrupun digər matçında Latviya Andorranı üstələyib. 2-ci qrupun qalibi adına Lixtenşteynlə heç-heçə edən Cəbəllütariq yiyələnib.

Qeyd edək ki, qrup mərhələsinə noyabrın 18-də yekun vurulacaq.

Millətlər Liqası
VI tur
17 noyabr

A liqası
3-cü qrup
23:45. Xorvatiya - Portuqaliya - 2:3
Kovaçiç, 29, 65 - Dias, 52, 90+1, Joao Feliks, 60
23:45. Fransa – İsveç - 4:2
Jiru, 16, 59, Pavard, 36, Kuman, 90+5 - Klaesson, 4, Quaison, 88