• 27 İyul 2024
logo
13 mindən artıq azarkeş "Qarabağ" - "Linfild" oyununu stadiondan izləyəcək

13 mindən artıq azarkeş "Qarabağ" - "Linfild" oyununu stadiondan izləyəcək

UEFA Avropa Liqasında iştirak edən təmsilçimiz “Qarabağ” bu gün pley-off mərhələsinin cavab oyunları çərçivəsində Şimali İrlandiyanın “Linfild” klubu ilə qarşılaşacaq.
Trend-in məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bugünkü oyuna artıq 13 min bilet satışı olub. Bu barədə "Qarabağ" klubu öz rəsmi "Facebook" səhifəsində bildirib.
Qeyd edək ki, saat 20:00 başlayacaq oyun CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.
"Qarabağ" - "Linfild" oyununda baş hakim Sergey İvanov, baş hakimin köməkçiləri Roman Usaçov, Valeri Dançenko, dördüncü hakim Sergey Lapoçkindir. Hakimlər briqadası Rusiyadandır.