• 22 Sentyabr 2019
logo
add image
Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatına start verilib

Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatına start verilib

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı çempionatına start verilib.
Trend-in məlumatına görə, yarışlarda fərdi gimnastlar balacalar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyasında mübarizə aparırlar. İştirakçılar arasında “Ocaq Sport” Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, “AyUlduz” Klubu, Sərhədçi İdman Olimpiya Mərkəzi, Su İdman Sarayı, Zabrat İdman Klubu, GymKids Klubu, Daxili İşlər Nazirliyinin idman məktəbi, Zirə Mədəniyyət Mərkəzi, həmçinin Sumqayıt, Gəncə, Mingəçevir və Şağan gimnastları yer alıblar.
Turnirin birinci günündə 2009-2011-ci il təvəllüdlü gimnastlar alətsiz, top və gürzlərlə yarışlarda güclərini sınayırlar.
Üç gün davam edəcək turnirdə 100-dən çox gimnast birincilik uğrunda mübarizə aparacaq.