• 23 Aprel 2024
logo
Millimizin futbolçusu mövsümün rəmzi komandasına daxil edildi

Millimizin futbolçusu mövsümün rəmzi komandasına daxil edildi

ABŞ-ın "Finiks Rayzinq" klubunda çıxış edən Azərbaycan yığmasının futbolçusu Rüfət Dadaşov Milli Futbol Liqasında (USL) 2020 mövsümünün ən yaxşı oyunçularından hesab olunub.

"Report" USL-in rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı hücumçu mövsümün ikinci rəmzi komandasına daxil edilib.

Rüfət Dadaşov cari mövsüm 11 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb. Forvard çempionat ərzində 72,4 faiz dəqiq ötürmə ilə çıxış edib.

Qeyd edək ki, "Finiks Rayzinq" USL-də B Liqasının qalibi olub.