• 25 Noyabr 2020
logo
Bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib

Bədii gimnastika üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib

Kiyevdə keçiriləcək bədii gimnastika üzrə 36-cı Avropa çempionatında iştirak edəcək Azərbaycan milli komandasının heyəti müəyyənləşib.

Trend bu barədə Avropa Gimnastikasının saytına istinadən məlumat verir.

Noyabrın 26-29-da keçiriləcək yarışda Azərbaycanı 11 idmançı təmsil edəcək.

Gənclər kateqoriyasında fərdi proqramda Nərmin Bayramova, Leyli Ağazadə, Alina Gözəlova və İlona Zeynalova iştirak edəcək.

Böyüklər kateqoriyasında Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Arzu Cəlilova, qrup hərəkətlərdə isə Ləman Əlimuradova, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Məryəm Səfərova və Darya Sorokina təmsil edəcək.

Qeyd edək ki, bədii gimnastika üzrə Avropa çempionatında böyüklər arasında fərdi proqramda 27 gimnast, kiçiklər arasında 75 gimnast iştirak edəcək.