• 4 Dekabr 2020
logo
Azərbaycan çempionunun avrokubokdakı rəqibi bilinib

Azərbaycan çempionunun avrokubokdakı rəqibi bilinib

Futzal üzrə Çempionlar Liqasında 2020/21 mövsümünün ilk püşkatması keçirilib.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası üzündən ilk dəfə yeni formatda keçiriləcək turnirin ilkin mərhələsinin cütləri bəlli olub.

Bu raundda yarışacaq 46 komanda 23 cüt təşkil edib. Azərbaycan çempionu “Araz” Yunanıstanın AEK klub ilə qarşılaşacaq.

Noyabrın 24-29-da keçiriləcək mərhələnin cütləri bir matçda qalibi müəyyənləşdirəcək. Naxçıvan təmsilçisi bu görüşü səfərdə keçirəcək.

Qeyd edək ki, 23 cütün qalibi və ilkin mərhələdən azad olan 9 komanda 1/16 finalda mübarizə aparacaq. Bu mərhələnin püşkü dekabrın 4-də, oyunları 2021-ci il yanvarın 12-17-də keçiriləcək.