• 25 Noyabr 2020
logo
AFFA "Zirə" ilə bağlı qərarını ləğv edib

AFFA "Zirə" ilə bağlı qərarını ləğv edib

AFFA-nın Apelyasiya Arbitraj Tribunalının iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, qurum “Zirə” tərəfindən verilmiş apelyasiya şikayətini müzakirə edib.

Paytaxt təmsilçisinin müraciəti təmin olunub. Premyer Liqanın V turunun “Zirə” – “Neftçi” oyununda ehtiyat qapı standartlara uyğun olmadığı üçün meydan sahibi klubun 800 manat cərimələnməsi barədə qərar ləğv edilib.