• 26 Oktyabr 2020
logo
Azərbaycanlı Avropa çempionu qızıl medalını Ordumuz üçün hərraca çıxarır

Azərbaycanlı Avropa çempionu qızıl medalını Ordumuz üçün hərraca çıxarır

“Hər bir idmançı üçün ən dəyərli əşya onun yarışda qazandığı medaldır. Bu il ikinci dəfə Avropa çempionu oldum. 9 illik fasilədən sonra qazandığım qızıl medal mənim üçün çox dəyərlidir”.

Apasport.az saytının məlumatına görə, bunu yunan-Roma güləşi üzrə ikiqat Avropa çempionu və dünya ikincisi Rafiq Hüseynov deyib.

Millimizin təcrübəli üzvü maraqlı təklif irəli sürüb. O, fevralda keçirilən qitə birinciliyində əldə etdiyi qızıl medalı hərraca çıxardığını açıqlayıb: “Bu gün hər birimiz Vətən və ordumuza dəstək üçün bütün fədakarlıqlara getməyə hazır olmalı, büyük qələbəyə gedən yolda əlimizdən gələni əsirgəməməliyik. Təkcə bir idmançı və Azərbaycan vətəndaşı kimi yox, həm də Silahlı Qüvvələrin zabiti kimi Romada qazandığım və mənim üçün çox əziz olan qızıl medalı hərraca çıxarıb, medalın satışından əldə olunacaq məbləği Silahlı Qüvvələrin Yardım Fondunun hesabına köçürməyə hazıram”.