• 27 Aprel 2024
logo
Eden Azar “El Klasiko”nu buraxacaq

Eden Azar “El Klasiko”nu buraxacaq

İspaniyanın “Real” klubunun hücumçusu Eden Azarın durumuna aydınlıq gəlib.

Apasport.az saytının “Marca” nəşrinə istinadən məlumatına görə, Belçika millisinin kapitanı bir müddət “kral klubu”na kömək edə bilməyəcək.

Ulduz futbolçu hətta La Liqanın VII turu çərçivəsində “Barselona”ya qarşı keçiriləcək “El Klasiko”nu da buraxacaq. Baş məşqçi Zinəddin Zidan oyunçunun gələcəkdə yenidən zədələnməməsi üçün onun sağalma prosesinin sürətləndirilməməsini istəyib.

Qeyd edək ki, “Barselona” – “Real” görüşü oktyabrın 24-də “Nou Kamp” stadionunda keçiriləcək.