• 22 Sentyabr 2019
logo
add image
Qadın voleybolçularımız hazırlıqlara başlayıb

Qadın voleybolçularımız hazırlıqlara başlayıb

Avqustun 14-dən etibarən IX dəfə Avropa çempionatında iştirak edəcək voleybol üzrə qadınlardan ibarət milli komandamız hazırlıqlara başlayıb.
Bu barədə Azərbaycan Voleybol Federasiyasında İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib.
Onun sözlərinə görə, voleybolçu qızlar Avropa çempionatına hazırlıqlara Sloveniyada start verib. Təlim-məşq toplantıları zamanı Sloveniya milli komandası ilə iki yoxlama matçı keçirib və hər iki oyunda komandamız qalib gəlib:
"Millimiz Avropa çempionatının keçiriləcəyi Macarıstanın Budapeşt şəhərinə dünən, avqust ayının 21-də Sloveniyadan birbaşa yollanıb. "C" qrupunda mübarizə aparacaq komandamızın rəqibləri Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya, Macarıstan yığmalarıdır. Avqust ayının 23-də start götürəcək qadın voleybolçular arasında Avropa çempionatında mübarizə aparacaq Azərbaycan millisinin heyəti artıq bəlli olub. İtaliyalı baş məşqçi Covanni Kaprara 12 voleybolçuya qitə birinciliyində çıxış etmək şansı verib".
Qeyd edək ki, son Avropa çempionatında millimiz IV yerin sahibi olub. Öncəki Avropa Çempionatlarından fərqli olaraq bu ilki çempionatda 24 komanda çempionluq uğrunda mübarizə aparacaq. Qrup mərhələsində ilk dördlükdə olan komandalar növbəti mərhələyə vəsiqə əldə edəcək.
Avro-2019: Azərbaycan millisinin heyəti:
Odina Əliyeva, Polina Rəhimova, Yelizaveta Səmədova, Marqarita Əzizova, Anastasiya Bessonova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Yana Əzimova, Ayşən Abduləzimova, Olena Həsənova, Mariya Kirilyuk, Bəyaz Əliyeva.