Bu gün Millətlər Liqasında IV tura start verilib.
Apasport.az saytının məlumatına görə, II dövrənin ilk oyun günündə 7 matç baş tutub.
C liqasında yer alan Azərbaycan yığması Kiprlə qolsuz bərabərə qalıb. 1-ci qrupun digər matçında Monteneqro öz meydanında Lüksemburqa uduzub. Səfərdə əzmkar qələbə qazanan lüksemburqlular rəqibi ilə xalları bərabərləşdirib və hətta şəxsi oyuna görə liderliyə yüksəlib.
A liqasının 4-cü qrupunda keçirilən hər iki oyun maraqlı alınıb. Lider İspaniya Kiyevdə Ukraynanın qonağı olub. Gərgin keçən matçda ukraynalılar 7-ci dəfə üz-üzə gəldiyi İspaniyanı tarixində ilk dəfə məğlubiyyətə uğradıb.
Almaniya ilə İsveçrə arasında Kölndəki matçda qapılara 6 qol vurulub. Erkən qolla hesabı açan qonaqlar iki dəfə önə keçsə də, Bundestim qarşılaşmadan 1 xalla ayrılmağı bacarıb.
Qitənin ən zəif millilərinin yer aldığı D liqasında Farer adaları Andorraya qalib gələrək, liderliyini möhkəmlədib.
Beləliklə, C liqasındakı Kiprlə yanaşı, D liqasında Andorra, Latviya və San Marinonun qrup qalibi olmaq şansı qalmayıb.
Millətlər Liqası
IV tur
13 oktyabr
A liqası
4-cü qrup
22:45. Ukrayna – İspaniya - 1:0
Tsiqanov, 76
22:45. Almaniya – İsveçrə - 3:3
Verner, 29, Haverts, 55, Qnabri, 60 - Qavranoviç, 5, 57, Freuler, 27