• 6 İyul 2025
logo
Azərbaycan millisinin sabiq voleybolçusu Yunanıstan klubundan ayrılmasına aydınlıq gətirib

Azərbaycan millisinin sabiq voleybolçusu Yunanıstan klubundan ayrılmasına aydınlıq gətirib

Azərbaycan millisinin sabiq voleybolçusu Katerina Jidkova Yunanıstanın AEK klubundan ayrılmasına aydınlıq gətirib.

31 yaşlı hücumçu apasport.az saytına açıqlamasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriləcəyini deyib.

Jidkovanın sözlərinə görə, AEL-dən ayrılmasında hansısa hadisələr rol oynamayıb: “Müqaviləni pozub, komandadan ayrılıram. Biz anlaşmaya qarşılıqlı razılıq əsasında xitam veririk. Azərbaycanda baş verən hadisələrin buna təsir yoxdur. Dağlıq Qarabağdakı müharibənin komandadan getməyimlə bağlılığından söhbət gedə bilməz”.

Qeyd edək ki, Jidkova AEK-lə ötən ay bir mövsümlük müqavilə imzalamışdı.