• 16 Aprel 2024
logo
AFFA bir neçə klubu cərimələdi - SƏBƏB?

AFFA bir neçə klubu cərimələdi - SƏBƏB?

2019/2020 mövsümündə, XXVIII Premyer Liqanın I turunun “Keşlə” – “Qarabağ” matçının 74-cü dəqiqəsində “Keşlə” klubunun 14 №-li futbolçusu Emin Mehtiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Trend-in məlumatına görə, İntizam Komitəsinin qərarlarına əsasən, “Qarabağ” klubunun bəzi rəsmilərinin “A” buraxılışından istifadə etməməsinə görə klub 800 manat cərimə olunur.
“Qəbələ” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.
Oyunun 84-cü dəqiqəsində “Qəbələ” klubunun 11 №-li futbolçusu Asif Məmmədov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Oyun başa çatdıqdan sonra “Qəbələ” klubunun azarkeşi tunelə daxil olaraq hakimlər briqadasını təhqir etdiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunur.
Oyun “Sumqayıt” klubunun ucbatından 9 dəqiqə gec başladığı üçün klub 800 manat cərimə olunur.
“Neftçi” – “Sabah” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.