• 24 Aprel 2024
logo
"Çelsi" Zappakostanı icarəyə verdi

"Çelsi" Zappakostanı icarəyə verdi

"Çelsi" müdafiəçisi Davide Zappakostanı İtaliyanın "Roma" klubuna icarəyə verib.
Trend-in məlumatına görə, İtaliyalı futbolçu ilə bir illik müqavilə imzalanıb. Paytaxt klubu Zappakostanı birdəfəlik transfer etmək hüququna sahibdir.
"İtaliya üçün çox darıxmışdım. Geri qayıtdığım üçün çox xoşbəxtəm", - deyə futbolçu "Sky Iitalia"ya açıqlayıb.
"Çelsi" 27 yaşlı futbolçunu 2017-ci ildə "Torino"dan 28 milyon avroya transfer etmişdi. O, London klubunda 52 oyuna 2 qol vurub.