• 10 İyul 2025
logo
Azərbaycan millisi Kiprlə ev oyununu Albaniyada keçirəcək

Azərbaycan millisi Kiprlə ev oyununu Albaniyada keçirəcək

Azərbaycan yığmasının Millətlər Liqasının qrup mərhələsində Kiprlə ev oyununun məkanı dəyişdirilib.

Apasport.az saytının məlumatına görə, oktyabrın 13-dəki qarşılaşma Albaniyada baş tutacaq.

Oyun Elbasan şəhərinin stadionunda keçiriləcək.
Qeyd edək ki, Azərbaycan – Kipr matçının Bakı Olimpiya Stadionunda baş tutması planlaşdırılırdı.