UEFA Avropa Liqasının "pley-off" mərhələsində Polşanın "Legiya" klubunu məğlub edərək qrup mərhələsinə yüksələn "Qarabağ" qələbəni əsgər salamı ilə qeyd edib.
Trend-in məlumatına görə, işğal edilmiş torpaqlarımızın azad olunması uğrunda qətiyyətli əks-hücum əməliyyatları aparan Azərbaycan Ordusuna klubun futbolçuları, məşqçi və idarə heyəti əsgər salamı ilə dəstək olublar.