• 29 Mart 2024
logo
Azərbaycan çempionu: “Polşaya səyahətə deyil, Qarabağ uğrunda döyüşməyə gəlmişik”

Azərbaycan çempionu: “Polşaya səyahətə deyil, Qarabağ uğrunda döyüşməyə gəlmişik”

“Qarabağ”ın müdafiəçisi Vild-Donald Gerye Polşanın “Onet Sport” nəşrinə geniş müsahibə verib.

Apasport.az saytının məlumatına görə, Haiti millisinin üzvü Avropa Liqasının pley-off mərhələsində yerli “Legiya” klubuna qarşı keçiriləcək oyunu dəyərləndirib.

31 yaşlı Azərbaycan çempionu həmçinin ötən il “Neftçi”yə keçidinin səbəbini və gələcəkdə Polşada oynamaq arzusunda olduğunu açıqlayıb.

- Pasport problemi ilə üzləşməyinizə baxmayaraq, Varşavaya gəlməyi bacardınız. Bu necə baş tutdu?
- Haiti prezidenti mənim dostumdur. Mənə pasport verdilər, sonra klub nəqliyyat təşkil etdi. Haiti prezidentinin köməkliyi sayəsində hazırlanan pasport Londonda qalmışdı. Lakin son anda sənədi çatdırmaq mümkün oldu və Varşavaya gəldim.

- Püşkatmadan əvvəl “Legiya” ilə qarşılaşmaq istəyirdiniz?
- Bəli, “Legiya” ilə oynamaq istəyirdim, Polşada çıxış etmək üçün çox darıxmışam. Yakub Jezniçak mənə “Legiya” ilə qarşılaşa biləcəyimizi söylədikdə bunun baş verəcəyinə 80 faiz əmin idim.

- Komandanızın Varşava təmsilçisi önündə şansını necə qiymətləndirirsiniz?
- “Legiya”nın bir neçə oyununu izləmişəm. Düşünürəm ki, bu komanda Polşada oynadığım vaxtdakı qədər güclü deyil. O dönəmdəki “Legiya” daha güclü idi. Dostlarım məndən “Legiya” barədə soruşdular, onlara böyük klub olduğunu söylədim, amma indi belə olub-olmadığını bilmirəm. Sona qədər mübarizə aparırlar, bizim üçün asan olmayacaq. Bura səyahətə deyil, Qarabağ uğrunda döyüşməyə gəlmişik. Qarabağ silahlı qarşıdurmanın olduğu ərazidə olan Ağdamın komandasıdır. 1992-ci ildə orada müharibə başlayıb, erməni qoşunları Ağdamı işğal edib, yerli əhalini öldürüb. Klubda bu şəhərdən insanlar, o cümlədən uşaqlıqda oranı tərk edərək məcburiyyətdən Bakıya qalan futbolçular var. Bu gün ağdamlılar üçün qələbə qazanmaq istəyirik.

- “Legiya”da oynamaq istədiyinizi gizlətməmisiniz...
- Bəli, hələ “Visla”da olarkən həmişə bu komandanın oyunlarına baxırdım. Heyrətamiz azarkeşlərə görə bu klubdan xoşum gəlirdi. Yakub Jezniçaka bir gün orada oynamaq istədiyimi söylədim. Onu görəndə “Legiya, Legiya Varşava" mahnısını oxuyuram. Komanda yoldaşlarıma oyunun azarkeşsiz keçirilməsindən məyus olduğumu söylədim. Çünki 90 dəqiqə necə mahnı oxuduqlarını görə bilməyəcəyik. Mən onlara “dopinqin nə demək olduğunu azarkeşlərin dəstəyi sayəsində görmək olur” demişəm. Azarkeşlər elə ucadan mahnı oxuyurlar ki, bir-birinizi bir neçə metr məsafədən eşidə bilmirsiniz. “Legiya” rəhbərliyi ilə heç vaxt ciddi danışığım olmayıb. Bir dəfə belə bir variant yaranmışdı, ancaq təklif konkret deyildi.

- 2013-2016-cı illərdə çıxış etdiyiniz “Visla”dan xoş ayrılmadınız. Borcunuzu ala bildiniz?
- Altı-yeddi ay pulumu ala bilmədim. Oradan ayrılmaq imkanım olanda mənə heç bir borcun olmadığını əks etdirən sənəd verdilər. Transferə razılığı ondan asılı vəziyyətə gətirdilər. “Alanyaspor”dan təklif aldıqdan sonra futbol oynamaq üçün həmin sənədə qol çəkdim. Sonra menecerim məni FİFA-ya şikayət etməyə razı saldı, amma “Visla” məhkəməlik olmaq istəmədim. Bunu etsəydim, öz anamı məhkəməyə vermək kimi olardı. Türkiyədə “Visla”dakından beş dəfə çox, Azərbaycanda isə on dəfə çox qazandım.

- “Qarabağ” 2017/18 mövsümündə Çempionlar Liqasının qrupunda iştirak edib. Komandanız həmin vaxtdakı kimi güclüdür?
- O dövrdə Yakub Jezniçak, Riçard Almeyda, Rəşad Sadıqov kimi aparıcı oyunçularımız indi yoxdur. Amma əvəzində başqa oyunçular var.

- Bir il əvvəl Azərbaycanın digər komandası “Neftçi”yə keçidiniz necə reallaşmışdı?
- “Qarabağ”la müqaviləm başa çatmışdı. Onun uzadılması barədə razılığa gəldik, amma vəd olunan pulu vaxtında ala bilmədim. Başqa bir yaxşı seçimim yarandı, ora getdim. Buna görə “Qarabağ” azarkeşləri mənə qəzəbləndilər. Ancaq sonra Ağdam klubu daha yaxşı şərtlər təklif edincə bura qayıtdım. Azarkeşlər ilk vaxtlar məni bağışlamırdılar. Ancaq sonradan dönüşümə sevindilər.