• 25 Aprel 2024
logo
“Legiya” – “Qarabağ” oyununun hakimləri açıqlanıb

“Legiya” – “Qarabağ” oyununun hakimləri açıqlanıb

Avropa Liqasının pley-off mərhələsinin “Legiya” – “Qarabağ” oyununun hakimləri açıqlanıb.
Apasport.az saytının məlumatına görə, oktyabrın 1-də keçiriləcək matçı almaniyalı hakimlər idarə edəcək.

Varşavadakı görüşün baş hakimi Tobias Stieler olacaq. Ona Kristian Qittelmann və Rafael Foltin yardım edəcək. Dördüncü hakim Daniel Şlager olacaq.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.