• 30 Oktyabr 2020
logo
“Legiya” klubu “Qarabağ”la oyuna 29 futbolçu sifariş edib

“Legiya” klubu “Qarabağ”la oyuna 29 futbolçu sifariş edib

Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Legiya”nın iştirak ərizəsi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Polşa təmsilçisinin sifariş vərəqində 29 futbolçu yer alıb.

Heyətdə 3 qapıçı, 10 müdafiəçi, eyni sayda yarımmüdafiəçi və 6 hücumçu yer alıb. Bu futbolçular Avropa Liqasının qarşıdakı görüşündə forma geyinə bilər.

Qapıçılar: 1. Artur Boruç, 33. Radoslav Çerznyak, 35. Çezari Mişta

Müdafiəçilər: 2. Yosip Yuranoviç, 3. Mateuş Qolovniya, 4. Mateuş Vieteska, 15. Ariel Mosor, 25. Filip Mladenoviç, 34. İnyaki Astiz, 36. Nikodem Niski, 41. Pavel Stolarski, 44. Villiam Remi, 55. Artur Jedzeçzyuk

Yarımmüdafiəçilər: 7. Domaqoy Antoliç, 8. Valerian Qviliya, 11. Joel Valensiya, 14. Mixal Karbovnik, 17. Mateuş Çolevyak, 22. Pavel Vşolek, 24. Andre Martins, 67. Bartoş Kapustka, 77. Radoslav Çelemeçki, 99. Bartoş Sliş

Hücumçular: 9. Tomas Pekart, 20. Joze Kante, 21. Rafael Lopes, 28. Şimon Vlodarçuk, 39. Maçey Rosolek, 82. Lukinyas

Qeyd edək ki, oktyabrın 1-də Varşavada keçiriləcək “Legiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.