• 29 Mart 2024
logo
Vidal "İnter"lə müqavilə imzaladı

Vidal "İnter"lə müqavilə imzaladı

İspaniya "Barselona"sından ayrılan Arturo Vidalın İtaliyanın "İnter" komandasına keçidi rəsmiləşib.

"Report" Milan təmsilçisinin saytına istinadən xəbər verir ki, çilili futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Klub 33 yaşlı yarımmüdafiəçinin transferi üçün qarşı tərəfə 1 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Vidal "Barselonaya 2018-ci ilin yayında Almaniya "Bavariya"sından 18 milyon avro qarşılığında keçib.