• 18 Aprel 2024
logo
Azərbaycan şahmatçısı Avropa çempionu olub

Azərbaycan şahmatçısı Avropa çempionu olub

Onlayn şahmat üzrə yeniyetmələrin I fərdi və komanda Avropa çempionatına yekun vurulub.

Apasport.az saytının məlumatına görə, Avropa Şahmat İttifaqının təşkil etdiyi yarışda Azərbaycan təmsilçiləri də uğurla çıxış edib.

Fərdi yarışlarda da təmsilçilərimiz iki mükafat əldə edib. 12 yaşadək şahmatçıların mübarizəsində Cahandar Azadəliyev Avropa çempionu tituluna yiyələnib. O, turniri 8 xalla tamamlayıb.

Ləman Hacıyeva 18 yaşadək qızların mübarizəsində 7 xalla 3-cü yeri tutub. U-14 yaş qrupunda qüvvəsini sınayan Riad Səmədov 7 xalla 3-cü yerə şərik olsa da, əlavə göstəricilərə görə medalsız qalıb.

Millimiz açıq komanda yarışında yalnız Rusiyadan geri qalaraq 2-ci yeri tutub. Yığmamız 3-cü olan Ermənistanı qabaqlayıb.