• 5 İyul 2025
logo
“Qarabağ”ın Avropa Liqasında potensial rəqibləri müəyyənləşib

“Qarabağ”ın Avropa Liqasında potensial rəqibləri müəyyənləşib

Azərbaycan çempionu “Qarabağ”ın avrokuboklardakı növbəti potensial rəqibləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası ilə vidalaşan Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-offunda mübarizə aparacaq.

Ağdam təmsilçisi III təsnifat mərhələsində üz-üzə gələcək “Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi ilə görüşəcək. “Qarabağ”ın potensial rəqibləri sentyabrın 24-də qarşılaşacaq.
Pley-offun qarşılaşmaları isə oktyabrın 1-də təşkil olunacaq. “Qarabağ” bir oyundan ibarət mərhələnin matçını səfərdə keçirəcək.

Qeyd edək ki, avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” Çempionlar Liqasında “Sileks”i (Şimali Makedoniya) 4:0, “Şerif”i (Moldova) 2:1 hesabı ilə məğlub edib, “Molde”yə (Norveç) qolsuz bitən görüşün penaltilər seriyasında uduzub – 5:6.