• 1 Noyabr 2020
logo
“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb

“Keşlə” klubu yeni transfer etdiyi futbolçu ilə yollarını ayırıb

Bakının “Keşlə” klubu daha bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Cavid İmamverdiyev paytaxt təmsilçisi ilə vidalaşıb.

Azərbaycan millisinin sabiq üzvünü yay fasiləsində heyətinə cəlb edən “Keşlə” onunla bağlanan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Futbolçu bu komandaya “Sabah” klubundan keçmişdi.

Qeyd edək ki, “Keşlə” bu yay Cabir Əmirli, Slavik Alxasov, Ruslan Qurbanov, Tural Bayramlı, Rəşad Əzizli, Əfran İsmayılov, Murad Ağayev, Lorenzo Frutos və Franko Floreslə yollarını ayırıb.