• 29 Mart 2024
logo
UEFA reytinqində Azərbaycan mövqeyində qalıb

UEFA reytinqində Azərbaycan mövqeyində qalıb

Avrokubokların növbəti oyun günündən sonra UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının III təsnifat mərhələsinin 3 matçından sonra cədvəldə cüzi dəyişikliklər yaşanıb.

Bu, bəzi ölkələrin xal hesabını artırması ilə nəticələnib. Ukrayna, Belçika və Yunanıstan klublarının qələbələri bu ölkələrə əlavə xal gətirib.

Lakin cədvəldə hər hansı yerdəyişmə gerçəkləşməyib. Azərbaycan 26-cı pillədə qalıb. Ölkəmizin hesabında 15,875 xal var.