• 24 Sentyabr 2020
logo
Lionel Messi ilə bağlı apelyasiya təmin olunub

Lionel Messi ilə bağlı apelyasiya təmin olunub

Argentina Futbol Assosiasiyasının kapitan Lionel Messinin cəzası ilə bağlı apelyasiyası təmin olunub.

Apasport.az saytının məlumatına görə, bunu qurumun prezidenti Klaudio Tapia açıqlayıb.

O bildirib ki, Argentina millisinin və İspaniya “Barselona”sının futbolçusu yığmasının oktyabrdakı matçlarında iştirak edə biləcək. Amerika kuboku zamanı Cənubi Amerika Futbol Konfederasiyasını (KONMEBOL) sərt tənqid etdiyi üçün diskvalifikasiya edilən hücumçu DÇ-2022-nin qarşıdakı seçmə matçlarında Ekvador və Boliviya ilə görüşlərdə meydana çıxa biləcək.

Qeyd edək ki, cəza tətbiq olunsaydı, Messi oktyabrın 8-də Ekvadora qarşı matçı buraxacaqdı.