• 23 Sentyabr 2020
logo
Norveç hökuməti “Molde”nin Bakıya gəlməklə bağlı müraciətini cavabsız qoyub

Norveç hökuməti “Molde”nin Bakıya gəlməklə bağlı müraciətini cavabsız qoyub

Norveç hökuməti “Molde” klubunun Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”la Bakıdakı oyun üçün istisna xahişini cavabsız qoyub.

Apasport.az saytının məlumatına görə, bunu mədəniyyət naziri Abid Raca deyib.

O, yerli mətbuata açıqlamasında “Molde”nin Azərbaycan səfərindən sonra Norveçdə karantinə alınmaması üçün etdiyi müraciətin cavablandırılmadığını söyləyib. Yəni görüş ölkəmizdə baş tutarsa, Norveç çempionu vətəninə döndükdən sonra koronavirus pandemiyası ilə əlaqədar 10 günlük karantinə alınmalıdır: “Təəssüf ki, “Molde”nin “Qarabağ”la oyununa qədər mümkün istisna ilə bağlı cavab alınmayacaq. Buna görə də, mən Norveç Futbol Federasiyasını və “Molde” klubunu məlumatlandırdım ki, gələn həftənin sonuna qədər hökumətin məsələyə reaksiyası olmayacaq. Yəni proqramlarını buna uyğun qurmalıdırlar. Bu isə o deməkdir ki, UEFA-nın əsasnaməsinə uyğun şəkildə “Qarabağ”la qarşılaşmanın neytral meydanda keçirilməsi planlaşdırılmalıdır”.

Qeyd edək ki, “Qarabağ” – “Molde” oyunu sentyabrın 16-da Bakıya salınsa da, UEFA hələlik yekun qərarını verməyib.