• 1 İyul 2025
logo
Azərbaycan millisinin 7 futbolçusu Lüksemburqla oyunda debüt edə bilər

Azərbaycan millisinin 7 futbolçusu Lüksemburqla oyunda debüt edə bilər

Millətlər Liqasının yeni mövsümünə sentyabrın 5-də start verəcək Azərbaycan yığması ilk iki qarşılaşmasına 26 futbolçu ilə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, italiyalı baş məşqçisi Canni de Byazinin açıqladığı 26 nəfərlik siyahıdan Eddi İsrafilov və Əmir Ağayevin çıxarılması, ehtiyat heyətdən Namiq Ələsgərovla Coşqun Diniyevin dəvətindən sonra say dəyişməyib.

Bu futbolçular arasında ən zəngin milli təcrübəsinə malik olan Maksim Medvedevdir. Onun hesabında 60 matç var. Onun “Qarabağ”dakı komanda yoldaşlarından Qara Qarayev 57, Bədavi Hüseynov 49 dəfə şans qazanıb.

Hazırkı heyətin ən məhsuldar üzvləri Ramil Şeydayevlə Mahir Emreli 4 qola imza atıb. Maksim Medvedev, Araz Abdullayev və Təmkin Xəlilzadə 3 dəfə fərqlənib.

Yığmanın qapıçıları təcrübə baxımından ən zəif yeridir. Emil Balayev cəmi 5 dəfə milli forma geyinib. Onun əvəzləyiciləri – milliləşən legionerlər Şahrudiin Məhəmmədəliyevlə Mehdi Cənnətov hələ debüt etməyib.

Debüt anını gözləyənlərdən söz düşmüşkən, heyətdəki oyunçulardan 7-si ilk matçını gözləyir. Qapıçılardan başqa Amin Seydiyev, Elvin Bədəlov, İsmayıl İbrahimli, Rəhim Sadıxov və Şəhriyar Əliyev də hələ yığmada debüt edə bilməyib.