• 24 Avqust 2019
logo
add image
Forlan 40 yaşında futbolla vidalaşdı

Forlan 40 yaşında futbolla vidalaşdı

Uruqvay millisinin sabiq üzvü Dieqo Forlan karyerasını bitirib.
Trend-in məlumatına görə, son iş yeri Honkonqun “Kitçi” klubu olan Forlan 40 yaşında peşəkar futbolla vidalaşıb.
Qeyd edək ki, Uruqvay millisində 112 oyuna 36 qol vuran Forlan karyerası ərzində "Mançester Yunayted", "Vilyareal", "Atletiko" (Madrid), "İnter" kimi Avropa klublarında oynayıb.