• 24 Avqust 2019
logo
add image
Azərbaycan milli komandasının baş məşqçisi istefa verib

Azərbaycan milli komandasının baş məşqçisi istefa verib

Boks üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Vaqif Şirinovun istefa ərizəsinə baxılıb.
Azərbaycan Boks Federasiyasından bildiriblər ki, iclasda səhhəti ilə bağlı milli komandadan ayrılmaq istəyən V.Şirinovun istəyi müsbət dəyərləndirilib. Federasiya rəhbərliyi mütəxəssisə yığma komandalardakı fəaliyyətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
Artıq yeni baş məşqçi ilə danışıqlar başlayıb. Millini çalışdıracaq mütəxəssisin adı yaxın günlərdə açıqlanacaq.
V.Şirinov ötən ilin noyabrında komandaya baş məşqçi təyin olunub. O, bundan əvvəl isə iki il ərzində gənclərdən ibarət millimizi çalışdırıb.